09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putindən Trampa QƏRİBƏ HƏDİYYƏ - FOTO

17.07.2018

Tramp və Putinin Finlandiyanın paytaxtı Helsinkidə dünən baş tutan görüşündən yeni detallar məlum olub.
"Dövran Media" xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putinin dünən baş tutan tarixi görüşündən sonra ortaq mətbuat konfransı keçirilib. Qapalı qapılar arxasında keçirilən görüşdən sonra Putin Trampa top hədiyyə edib. O, Dünya Çempionatının topunu təqdim edərkən bu sözləri deyib:
"Bu topu sənə verirəm. İndi top səndədir (burada: növbə)."
Onun bu hərəkəti qarşısında Tramp təəcübbünü gizlədə bilməyib. Topu həyat yoldaşına verən Tramp hədiyyəni oğluna ötürəcəyini deyib.
Qeyd edək ki, Tramp Rusiyada təşkil edilən çempionatın olduqca yaxşı olduğunu bildirib və buna görə də Putini təbrik edib.