06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həcc ziyarəti baş tutmaya bilər

09.02.2021

Azərbaycandan bu il də Həcc ziyarəti olmaya bilər.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Qeyd edilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib: "Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı ehtimal edilir”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci ildə də Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.