29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol seçkidən 3 səbəbə görə imtina etdi

08.02.2021

 Hakim fraksiya üç səbəbə görə erkən parlament seçkilərini keçirməkdən imtina edib.

DM xəbər verir ki, bu sözləri Daşnaksütyun Partiyasının və Vətənin Qurtuluşu Hərəkatının üzvü İşxan Saqatelyan hakim Mənim Addımım blokunun erkən parlament seçkiləri keçirilməsindən imtina qərarını şərh edərkən deyib.

"Birincisi, Paşinyan bilir ki, onun seçilmək şansı yoxdur. Bu, sadəcə mümkün deyil.

İkincisi, seçkilər onun komandasında ciddi problemlərə yol açacaq, çünki onların əksəriyyəti parlament mandatının itirilməsi təhlükəsini dərk edir.

Üçüncüsü, hakimiyyət etirazçı hərəkatın artıq təslim olduğunu hesab edir”, – deyə Saqatelyan yazıb.

Saqatelyan hakimiyyətin böyük səhv etdiyini bildirib:

"Çünki "populist xainlər” xalqlarını bir dəfə aldada bilər, ikinci dəfə bu, işə yaramayacaq”.

Saqatelyan bu qərara etiraz olaraq aksiyaların başlayacağını qeyd edib:

"Növbəti mitinq 20 fevral saat 15:00-da Azadlıq meydanında keçiriləcək”.