06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gevorkyandan AÇIQLAMA

05.02.2021

 Əgər bu müharibəni həqiqətən Paşinyan sadəcə olaraq üçtərəfli bəyanatı imzalamaqla dayandırıbsa, o zaman erməni əsgərini niyə belə tərifləyirlər? Doğrudanmı erməni əsgəri müstəsna nəsə edib? Biz bütün əraziləri əldən verdik, o cümlədən Şuşanı. Bunun minlərlə səbəbi var. Əlbəttə, demək olmaz ki, bunda həmin erməni əsgəri günahkardır. Eləcə də bu doğru deyil ki, erməni əsgərini anlaşılmaz şəkildə idola çevirsinlər, əgər əsgər qəhrəmancasına müqavimət göstəribsə də, nəticə məğlubiyyətdir.

DM Virtualaz.org-a istinadən xəbər verir ki, bu fikirləri erməni jurnalist Sevak Sofiya Gevorkyan yayıb. Gevorkyan qeyd edib ki, erməni əsgərinə can yandırmaq, kömək etmək olar, amma qəhrəmanlaşdırmaq olmaz.

"Yenə miflər, təhlükəli miflər. Əgər bu pafos davam edəcəksə, 10-20 il sonra dərsliklər bizi buna öyrədəcək ki, guya biz 2020-ci ildə əslində düşmənə qəhrəmancasına qalib gəlmişik. Və yenə də həmin "qələbəyə” istinad edərək biz yeni müharibə başladacağıq. İndi bunu Sardarapat döyüşünün köməyi ilə etmək istəyirlər. Vardan (Mamikonyan) və fillər barədə də həmin yalan təbliğat mifolofgiyasıdır. Bu yazıq əsgərin qəhrəmanlığı nədən ibarətdir? Maksimal yaxşı ölməkdən? Biz itkilər vermişik. Bu, kor-koranə əsgər kultu bütlərə sitayişə oxşayır, əsgər istənilən yolla super-insan və qalib kimi təqdim edilir və onun çiyninə yalançı yük qoyulur... Mən erməni əsgərinin bu cür militarist ilahiləşdirilməsini o qədər görür və eşidirəm ki, sanki bu tərəfdə "qalib” ordunun əsgərləridir...” - Gevorkyan yazıb.