06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

COVID-19-un yeni ştammı ilə bağlı AÇIQLAMA

05.02.2021

  "COVID-19-un İngiltərədə meydana gələn yeni ştammı artıq sürətlə yayılır. Əslində bu da virusun özüdür. Yəni bu, virusun genetikasında olan dəyişiklikdir. Bu da virusun bioloji xüsusiyyətlərinə təsir edə bilər".

DM xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyevin "Report”a müsahibəsində deyib. 

"Ola bilər ki, yeni ştamm bədəndə immuniteti zəiflətsin, yaxud yoluxmanı sürətləndirsin, eyni zamanda hər hansı dərman preparatına qarşı həssaslıq itə bilər. Əksi də olub, müqaviməti daha da artıra bilər.

Bu gün üçün ortada bir şey var ki, ştamm var və sürətlə yayılır. Ancaq xəstəliyin klinik şəkildə ağır olub-olmaması barədə məlumatlar yetərsizdir. Buna zaman lazımdır", - professor əlavə edib.