09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sınıq Körpü”dəki sıxlıq PROBLEMİ HƏLL EDİLDİ

17.07.2018

Dövlət Gömrük Komitəsi "Sınıq Körpü” gömrük postunda yaşanan sıxlıqla bağlı yayılan videotəsvirlərə aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü” gömrük postunun idxal və ixrac sərnişin xəttləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.
Nəticədə günün bəzi saatlarında "Sınıq Körpü” gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük posru normal iş rejimində fəaliyyət göstərir.
Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xəttlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.
Hazırda "Sınıq Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.