09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Paşinyanın sözü əməli ilə üst üstə düşmür

05.02.2021

"Caliber” layihəsinin "Telegram” kanalında Ermənistan hökumətinin Qazaxıstanın Almatı şəhərinə səfəri ilə bağlı olduqca maraqlı məqama toxunulub.

"Hər birimiz Ermənistanın hay-küylə ölkəyə türk mallarının gətirilməsinə qadağa qoyduğunu xatırlayırıq, hansı ki, bundan türk sahibkarlar heç Ermənistanın adi vətəndaşları qədər əziyyət çəkməyib. Almatıya işgüzar səfərə getmiş Ermənistanın baş nazirinin ətrafındakılarla birlikdə "Rixos Almaty” hotelində yerləşdiyini oxuduğumuzda da çox təəccübləndik.

Bu ecazkar hotel mənzil qərargahı Ankarada yerləşən Türkiyənin lüks sinfə aid "Rixos” otelləri şəbəkəsinə daxildir. Ən gülməlisi isə odur ki, hökumət üzvlərinin Türkiyə otelində qalmasının xərcləri Ermənistan hökumətinin saxta prinsipiallığı sayəsində Türkiyə məhsulları almaq imkanından məhrum edilmiş həmin erməni vergi ödəyicilərinin cibindən ödənilir”, - deyə "Caliber” qeyd edib.