06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millimizin məşqçisi Misirdə işləyəcək

05.02.2021

 Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi Jalə Qaratova karyerasını ölkə xaricində davam etdirəcək.

DM Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı mütəxəssis Misir Gimnastika Federasiyası ilə müqavilə imzalayıb.

Sözləşməyə əsasən, Qaratova bu ölkənin bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına hazırlaşdıracaq.

Qeyd edək ki, J.Qaratova 2009 - 2013-cü illərdə bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvü olub. O, idmançı karyerasını bitirdikdən sonra 2013-cü ildən etibarən gənclərdən ibarət qrup hərəkətləri komandaları ilə çalışıb. Qaratovanın yetirmələri Avropa Çempionatının mükafatçıları olub və Dünya Çempionatının finalına vəsiqə qazanıb.