06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qiyməti qaldırılan su 3 aydır asfalta axır..

05.02.2021

 Xətai rayonu, Süleyman Əhmədov küçəsində yaşayan sakinlər "Azərsu”dan şikayətçidirlər. Belə ki, 3 aydan artıqdır həmin ərazidə avtomobil yolu ilə su axır. Buna səbəb su xəttində baş verən qəza göstərilir.

Sözügedən şikayətlə bağlı Bakupost a müraciət edən sakinlər bildirir ki, hər gün səhər-axşam yoldan su axmasına baxmayaraq, "Azərsu” qəza baş verən xətti təmir etmir: "3 ay ərzində dəfələrlə 10 nəfər sakin yığışıb, su idarəsinə gedib şikayətimizi bildirmişik. Amma düzəldən yoxdur. Gəlirlər, baxıb gedirlər. Hər gün maşın yudurtmaqdan bezmişik. Yola çıxan kimi palçıq, su maşını pis günə qoyur. "Azərsu” həm deyir ki, insanlar israf etməsin, suyu açıq qoymasınlar deyə suyun qiymətin artırdıq, həm də özü 3 aydır israf edir. Sonra da o boşuna axan suyun pullarını bizim cibimizdən alacaqlar. Olmaz belə, başqa hara, kimə müraciət edək bilmirik”.