06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazirlik yeni qərarlarının qısa - İZAHI

04.02.2021

 Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi məktəblərdə təhsilin əyani formada təşkili ilə bağlı bu gün bir sıra qərarlar açıqlayıb.

DM həmin qərarların qısa icmalını təqdim edir:

Fevralın 8-dən:

Rayonlarda I-IX siniflər üçün üz-üzə dərslər başlayır. (Bakı, Sumqayıt, Abşeron istisna olmaqla)

Şagirdlər arasında ən azı 1.5 metr məsafə olan məktəblərdə I-IX siniflər həftədə 5 dəfə 

Şagirdlər arasında 1,5 metr məsafə olmayan məktəblərdə I-IX siniflər həftədə 3 dəfə.

Fevralın 15-dən:

Bakı, Sumqayıt  və Abşeronda:

Məktəbəqədər hazırlıq dərsləri həftədə 2 dəfə;

İbtidai siniflər həftədə 3 dəfə;

V-IX siniflər həftədə 2 dəfə;

Xüsusi məktəblərdə I-IX siniflər üzrə həftədə 5 dəfə əyani dərslər başlayır.

Bağçalar açılır (həftədə 5 gün)

Ali məktəblərdə, texnikum və peşə məktəblərində də praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsil əyani formada bərpa olunur. Bura laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda  əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi aiddir (tibb, yaradıcılıq, mühəndislik və s.)