09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ABŞ-ın sanksiyalar resursu tükəndi, özü tələyə düşdü

04.02.2021

 ABŞ Prezidenti Cozef Baydenin köməkçiləri dərk edirlər ki, Vaşinqtonun Rusiyaya qarşı birtərəfli yeni sanksiyalar tətbiq etməsi imkanları əhəmiyyətli səviyyədə tükənib.

DM xəbər verir ki, bu məlumatı "Nyu York Tayms” yayıb.

Məqalədə bildirilib ki, Bayden Rusiya və Myanmadakı hadisələrlə əlaqədar sanksiyalar tətbiq edəcəyini söyləyib, ancaq köməkçiləri ABŞ-ın Rusiya ilə bağlı bütün sanksiya resurslarını əhəmiyyətli dərəcədə xərclədiyini xatırladıblar:

"Son zamanlar Amerika sanksiyaları daha az təsir edir. ABŞ dəfələrlə Rusiya, Çin, İrana qarşı sanksiyalar tətbiq edib, amma bu ölkələrdə Vaşinqton arzuladığına nail olmayıb”.

Qəzetə açıqlama verən ABŞ-ın NATO-dakı Daimi Nümayəndəliyinin keçmiş rəhbəri İvo Daalder Vaşinqtonun istənilən problemə sanksiyalarla cavab verməklə tələyə düşdüyünü bildirib.