29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya yeni nəsil “Armata” tanklarının ixracına başlayır

04.02.2021

 Rusiyanın yeni nəsil "Armata” tankları ixrac pasportu alıb, yaxın vaxtlarda ilk dəfə xaricdə təqdim olunacaq.

Bu barədə "RİA Novosti” "Rosoboroneksport”a istinadən məlumat yayıb.

"T-14 "Armata” tankı üçün reklam pasportu qeydə alındı və yaxın gələcəkdə xaricdə debütünü görəcəksiniz”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, indiyə qədər "Armata" layihəsi tam məxfi hesab edilirdi. Bu tanklar ilk növbədə Rusiya ordusunun silahlanması üçün nəzərdə tutulub. 2019-cu ildə istehsalçı "Uralvaqonzavod” ordu üçün 52 ədədlik sifariş aldığını bildirib.

Tankın yüksək istehsal xərcləri (4-5 mln dollar) onun ixraca çıxarılmasını sürətləndirib.