29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya-Türkiyə Mərkəzinin dronları Qarabağda vəziyyətə nəzarət edir

04.02.2021

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin heyəti, atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların yerinə yetirilməsinə nəzarət vəzifələrini davam etdirir.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Rusiya hərbçiləri "Forpost” və "Orlan-10” pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejiminin monitorinqini həyata keçirirlər.

Bildirilib ki, Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri analiz edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur.

Birgə Mərkəzin növbətçiləri əldə olunmuş razılaşmaların pozulması barədə məlumatları toplayır, ümumiləşdirir və yoxlayır, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin əldə olunmuş razılaşmalara əməl edilməməsi ilə bağlı məsələlər və ya problemlərlə bağlı şikayətlərə baxırlar.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət edən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Rusiya Federasiyası və Türkiyə Respublikası müdafiə nazirləri tərəfindən 11 noyabr 2020-ci ildə imzalanan Memoranduma uyğun olaraq Azərbaycan Respublikası ərazisində yerləşdirilib.

Mərkəzin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.