29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayden Putinlə danışığa hazırdır

04.02.2021

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Prezident Co Bayden Rusiya ilə əməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır.

Bu barədə TASS məlumat yayıb.

Ağ Ev sözcüsü Baydenin tərəflər arasındakı ziddiyyətlər barədə də fikir mübadiləsi aparmağa hazır olduğunu bəyan edib.

"ABŞ Prezidenti öz mövqeyindən geri çəkilməyib. O, xaker hücumlarından, seçkilərə müdaxilələrdən, həmçinin Əfqanıstanda ABŞ hərbçilərinə qarşı təşkil olunan hücumların maliyyələşdirilməsindən narahatdır. Prezident bütün bu məsələləri birbaşa Putinin özü ilə müzakirə etməyə hazırdır”, - deyə Psaki bildirib.