Pentaqon rəhbəri Trampın adamlarını işdən çıxardır 
    
                          
     
                         04.02.2021
 
    
                        Pentaqon rəhbəri Llyod Ostin rəhbərik etdiyi quruma Tramp administrasiyası dövründə təyin edilmiş vəzifəlilərin 16 fevrala qədər istefa verməsini tələb edib.
DM xəbər verir ki, L.Ostinin bununla bağlı müvafiq qurumlara təlimat göndərdiyi bildirilib.
"Dəyərləndirmə bitənə qədər bütün komitələrin fəaliyyəti müvəqqəti dondurulur”, - deyə təlimatda vurğulanıb.