29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan hakimiyyəti mətbuata qadağa qoyur

03.02.2021

Ermənistanda hakimiyyət mətbuata bir sıra yasaqlar gətirir.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, media orqanlarına "Telegram" platformasındakı müəllifi məxfi olan kanallara istinad edərək xəbərlər yaymaq qadağan olunur. Məhdudiyyət artıq hakim "Mənim addımım" blokunun deputatları tərəfindən əsaslandırılmağa çalışılır.

Deputatlar anonim kanalların milli təhlükəsizliyə təhdid olduğunu və Ermənistanın dövlət maraqları ilə ziddiyyət təşkil etdiyini iddia edirlər. Anonim "Telegram" kanallarına istinadla məlumatlar yayan KİV orqanları 1 000 dollar məbləğində cərimə olunacaq, təkrar hal yaşanacağı halda isə 2 000 dollar cərimə nəzərdə tutulub.