29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli nazirdən Naxçıvan dəhlizi AÇIQLAMASI

03.02.2021

"Azərbaycan tərəfi Naxçıvan dəhlizi ilə bağlı iş aparır”.

DM-in "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyǝnin nǝqliyyat vǝ infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin inşası və "Marmaray” layihəsinin buraya inteqrasiya edilməsi ilə Pekindən Londona qədər fasiləsiz "Dəmir İpək Yolu”nun meydana çıxdığını vurğulayıb.

Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə əlaqədar Gürcüstan-Azərbaycan-Rusiya-Qazaxıstan-Xəzər dənizi istiqamətində aktiv bir hərəkətlilik başlayıb.

A. Karaismailoğlu İranla Türkiyə arasında dəmir yolunda əhəmiyyətli irəliləyişin olduğunu da qeyd edib.