29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Azərbaycanla hava əlaqəsini bərpa edəcək

03.02.2021

 Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycan və Ermənistanla hava əlaqəsinin bərpasına dair sənəd imzalayıb.

DM RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"15 fevral 2021-ci il tarixindən etibarən qarşılıqlı olaraq Azərbaycan (Moskva – Bakı, həftədə iki uçuş) və Ermənistanla (Moskva – İrəvan, həftədə dörd uçuş) beynəlxalq uçuşların bərpa edilməsinə dair qərar verilib", - açıqlamada deyilir.

Bundan başqa, fevralın 8-dən etibarən Moskva-Bişkek marşrutu üzrə müntəzəm uçuşların sayı qarşılıqlı olaraq həftədə bir dəfədən üç dəfəyə artırılıb.