29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qorxunc savaş qapıda

03.02.2021

ABŞ Strateji Komandanlığının başçısı admiral Çarlz Riçard Rusiya və ya Çinlə nüvə müharibəsi ehtimalından danışıb.

Amerikalı admiral belə bir qorxunc müharibə ehtimalının istisna olmadığını iddia edib.

Riçard qeyd edib ki, SSRİ-nin dağılmasından bəri Pentaqon nüvə gücü ilə birbaşa hərbi qarşıdurma ehtimalını düşünmürdü, amma indi vəziyyət dəyişib: "Rusiya və ya Çin ilə regional böhranın tez bir zamanda nüvə silahının tətbiq edilə biləcəyi qarşıdurmaya çevrilə biləcəyi real bir ehtimal var”.

Admiralın fikrincə, Vaşinqtonun ehtimal olunan düşmənləri tərəfindən nüvə silahından istifadə ehtimalını istisna etmək səhvdir.

Çarlz Riçard deyib ki, Rusiya və Çin "soyuq müharibə” dövründən bəri görünməmiş yollarla beynəlxalq normalara meydan oxuyaraq, təcavüzkar siyasət yürütməyə başlayıb. Amerikalı admiral hesab edir ki, bu cür davranışlar Vaşinqton tərəfindən cavabsız qalmamalıdır.