09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəlaləyə baxmaq pulludur - Oğuzdan FOTO

16.07.2018

Azərbaycanın Oğuz rayonunda təbii şəlaləni görmək üçün turistlərdən ödəniş tələb olunur.
Bununla bağlı sosial şəbəkədə şəkil paylaşılıb. 
"Dövran Media"nın məlumatına görə, məsələ burasındadır ki, Oğuzun Xalxal şəlaləsinə gedən yeganə yol restoranlardan birinin ərazisindən keçir. 
Restoran rəhbərliyi bu gözəlliyə olan turist marağını görüb və varlanmaq qərarına gəlib. 
Bununla əlaqədar əməkdaşı Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırova müraciət edib. O, bu sözügedən faktı qanunsuz adlandırıb. 
Onun sözlərinə görə, başlıcası burada vətəndən çox öz ciblərini düşünən sahibkarlar günahkardır. 
"Bəli, bu, sahibkara müəyyən mənfəət gətirə bilər, ancaq ilk növbədə vətənpərvər olmaq lazımdır. Bu münasibəti görən turist bir də heç vaxt bura gəlmək istəməyəcək. Təbiət gözəlliyi hər insanın nemətidir”, - Bağırov qeyd edib. 
O əlavə edib ki, şəlalələrə gedib əraziləri kirayəyə vermək olmaz. 
"Azərbaycanda heç bir haqq ödəmədən gedə biləcəyin şəlalələr çoxdur. Düşünürəm ki, müvafiq qurumlar bu işlə məşğul olacaqlar”, - müsahib bildirib.