29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin mükafatlandırdığı 10 gənc

03.02.2021

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

10 nəfər Prezident mükafatına layiq görülüb. Onlar Abbaszadə Orucəli Saleh oğlu, Abdulova Nərgiz Cövdət qızı, Əhmədov Ramil Bayram oğlu, İsmayıllı İsmayıl Cəfər oğlu, Qarayev Atəş İbrahim oğlu, Qasımov Pərvin Alim oğlu, Qasımzadə Zəhra İsa qızı, Qənbərov Nəcəf Bilal oğlu, Mirzəyeva Səmra Tahir qızı, Pərdəşünas Fərid Bayram oğludur.

Abbaszadə Orucəli, Qasımov Pərvin və Qənbərov Nəcəfə gənclər siyasəti və gənclərlə iş üzrə fəaliyyətə görə, Pərdəşünas Fəridə yüksək texnologiyaların və innovativ ideyaların tətbiqi ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində, həmçinin bu fəaliyyətin gənclər arasında təbliği və təşviqi sahəsində əldə edilmiş uğurlara görə, Əhmədov Ramil, Qarayev Atəş və İsmayıllı İsmayıla mədəniyyət, Abdulova Nərgizə sosialyönümlü fəaliyyət, Qasımzadə Zəhraya sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə mükafat verilib.

Qeyd edək ki, gənclər üçün Prezident mükafatı 2013-cü ildə təsis edilib. Məbləği 10 min manat olan mükafat hər il 10 nəfərə təqdim edilir.