29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ağdamın 5 kəndi minalardan tam təmizlənib

02.02.2021

 Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam olaraq təmizlənib.

DM xəbər verir ki, bu barədə "Trend"-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.

Onun sözlərinə görə, hazırda digər kəndlərin ərazilərində mina və partlayıcı qurğulardan təmizlənmə işləri davam edir.

"Artıq rayonun işğaldan azad olunmuş Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam edir", - deyə A.Əliyev bildirib.