29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Navalnının işinə baxan hakim istefa verdi

02.02.2021

 Rusiyalı müxalifətçi Aleksey Navalnının cinayət işinə baxan Moskvanın Simonovsk rayon Məhkəməsinin sədri Vyaçeslav Detişin istefa verib.

DM rus mətbuatına istinadən xəbər verir ki, onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib.

Bildirib ki, sədr istefa verib, ancaq bunun Navalnının işi ilə heç bir əlaqəsi yoxdur. Sədrin səlahiyyətləri mart ayında başa çatır. O, buna görə də fevralda deyil, yanvarın əvvəlində istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı barədə məhkəmə 30 gün müddətinə həbs qərarı verib. O, həbsinin şərti cəza ilə əvəzlənməsi üçün Simonovsk rayon Məhkəməsinə müraciət edib.