29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan müxalifəti toplanır

02.02.2021

Ermənistan mətbuatında müxalifət qüvvələrinin yeni toplantı keçirəcəyi barədə məlumatlar yayılıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan müxalifəti Nikol Paşinyana qarşı ittifaqı dərinləşdirmək və yekun anlaşmaya varmaq üçün böyük toplantı keçirəcək. Toplantıda əsas müxalifət liderlərinin iştirak etməsi gözlənilir.

Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan, keçmiş baş nazir Vazgen Manukyan, milyarder oliqarx Qaqik Tsarukyan, daşnaklardan İşxan Saqatelyan, keçmiş MTX rəhbəri Artur Vanetsyan görüşə qatılacaq. Əsas müzakirə mövzusunun erkən parlament seçkiləri olacağı deyilir. Bəzi qüvvələr yalnız Paşinyanın istefasından sonra seçkilərin keçirilməsini tələb edir, digərləri isə Paşinyanın keçirəcəyi seçkilərə də qatılmağı məqbul hesab edir. Bu mövzuda müzakirələr aparılacaq.

Həmçinin Robert Koçaryanın və Vazgen Manukyanın prosesə liderliyi məsələsinin masada olacağı bildirilir. Nikol Paşinyanın hakimiyyətdən getməsini prioritet elan edən qüvvələrin bir məqsədi sıralarını genişləndirməkdir.

Qeyd edək ki, məhkəmə Robert Koçaryana 3-8 fevral tarixləri arasında xarici səfərlər etməyə icazə verib. Güman edilir ki, Koçaryan bu imkanı Ermənistandan kənardakı siyasi dairələrlə razılaşmlar əldə etmək üçün istifadə edəcək.