05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zərif Avropa Birliyindən dəstək istədi

02.02.2021

 İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif  Avropa Birliyindən (AB) dəstək istəyib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Zərif AB-dən ölkəsi ilə ABŞ-ın nüvə razılaşmalarında yenidən uzlaşması üçün dəstək istəyib. "CNN International" kanalına müsahibə verən İran XİN başçısı AB-nin təhlükəsizlik və xarici əlaqələr üzrə nümayəndəsi Cozef Borrelin bu məsələdə önəmli rol oynaya biləcəyini söyləyib.

"Cozef Borrel həm bizim, həm ABŞ-ın atmalı olduğu addımları kordinasiya edə bilər", - deyə Zərif bəyan edib. İranlı diplomat qeyd edib ki, ABŞ uzlaşmaya meyilli mövqe sərgiləyərsə, İran tərəfi də qarşılıq verəcək.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Co Bayden məsələyə müsbət baxdığını, lakin öncə İranın öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli olduğunu bildirmişdi.