09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ermənistanda baş nazirliyə daha bir namizəd

01.02.2021

Ermənistanda baş nazirliyə daha bir namizəd irəli sürülüb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif Alyans Partiyası keçirilməsi ehtimal olunan erkən parlament seçkilərinə qatılacağını bəyan edib.

Bu barədə partiya sədri Tiqran Urixanyan məlumat verib. T.Urixanyanın keçirdiyi brifinqdə həmçinin özünün baş nazirliyə namizəd olması da açıqlanıb. O qeyd edib ki, proporsional sistemlə keçirilən parlament seçkilərində iştirak edən partiyaların baş nazirliyə namizədi avtomatik olaraq partiya sədri olur.

"Ölkədəki böhranlı vəziyyətdən çıxış yolu parlament seçkilərinin keçirilməsi və formalaşacaq hakimiyyətə ictimai təzyiqdən keçir. Bunun üçün planlarımız var. Hakimiyyətə gəlsək, bu planları icra edəcəyik", - deyə T.Urixanyan bəyan edib.