04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın sensasion etirafı

01.02.2021

 Ermənistan parlamentində dinləmələr zamanı deputat Gevorq Papoyanın sualına cavab verən Baş nazir Nikol Paşinyan Şuşanın demoqrafik tərkibinə istinad edərək, onun "90 faizdən yuxarı azərbaycanlılar yaşayan şəhər olduğunu” rəsmi olaraq bəyan etdi. İstər SSRİ-nin dağılmasından sonra, istərsə də ondan əvvəl hökumət nümayəndəsinin belə tarixi həqiqətləri yüksək kürsüdən cəsarətlə söyləməsi, özü də regionda və dünyada müharibənin nəticələri ətrafında polemikaların intensiv bir şəkildə getdiyi dövrdə, nadir hadisədir. Buna bənzər siyasi etirafı xatırlamaq çətindir.

DM xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, Paşinyan eyni zamanda Şurnux kəndi də daxil, bir sıra ərazi vahidlərinin geri qaytarılmasını Zəngəzurun digər hissəsinin təhlükədən qorumaq məqsədilə etdiklərini söyləyib:

"Təəssüf ki, bu bəyanatlar ictimai-siyasi qüvvələrin müzakirələrində özünə çox yer etmədi. Halbuki Şuşanın Azərbaycana məxsusluğunu tanımaq həmin bölgənin təkcə əsrlərdən bəri məskunlaşma tarixini, birgəyaşayış keçmişini deyil, eləcə də sonrakı işğalının da qanunsuz olduğunu tanımağa bərabər addım sayıla bilərdi.

1999-cu ildə erməni elitasının parlamentdə gülləbaran edilməsini nəzərə alsaq, Şuşa bəyanatının verildiyi tarixdən bu yana hazırkı hökumət rəhbərliyinə qarşı hər hansı sui-qəsd və ya silahlı üsyan olmayıb. Epizodik etirazlar media məkanında mövcuddur. Onlar da kəsərsizdir, gerçəkliyi özündə əks etdirmir və milyonlarla erməninin, o cümlədən dünyanın gözü qarşısında reallığı dəyişdirmir. Lakin Şuşa ilə bağlı açıqlamadan əvvəl Ermənistanla Azərbaycan arasında Kəlbəcərdən başlayan, Laçından keçən, müxtəlif dağ və coğrafi yüksəklikləri əhatə edən, Gorus-Qafan yolunun da nəzarəti daxil Qubadlı, Zəngilanadək ərazilər delimitiasiya-demarkasiya xətlərinin tanınması nəticəsində 30 ildir ölkəmizə qarşı düşmənçilik siyasəti aparan tərəfin addım-addım, qarış-qarış da olsa, konkret ərazilər boyu dəqiq ölçülər əsasında Azərbaycan torpaqlarının həqiqi sahibini tanıması baş verir. Bəli, bu təkcə hüquqi nailiyyət deyil, eləcə də yüzillərlə mövcud olan erməni mifologiyasının dağılması kimi mühüm siyasi nailiyyətlərdir. Naxçıvana gedən yol açılandan sonra Mehri dəhlizi də güclü tərəfin nüfuzu və təsiri altına düşəcək”.

Z.Orucun sözlərinə görə, 44 günlük müharibə sonrası biz dəyişən münasibətləri öz məqsədlərimizə doğru irəlilətməkdə maraqlı olmalıyıq:

"Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətdən sonra, xüsusilə də 11 yanvar Moskva görüşü ilə kommunikasiyaların açılması, regionun onillərlə kəsilmiş arteriyalarının çalışması və böyük iqtisadi-transmilli layihələrinin həyata keçirilməsini, beləliklə düşmənçiliyin aradan qaldırılması üçün yeni platformanın yaradılması istəyi xalqımızın bu günü və gələcəyi üçün fərqli, tamamilə yeni reallıqlar meydana gətirə bilər. Yəni hərbi qələbəmizin regional və beynəlxalq əlaqələrimizin miqyasını genişləndirməsini hamıdan çox istəyirik. Lakin bu zaman ən böyük çağırışlara da yüz illərlə davam edən müharibədən sonra məhz birgə cavab verməliyik. Yenidən müharibə baş versə, onu qazanmağa hazırıq, lakin Ermənistanın Azərbaycanı tanıması, bir əsrdir davam edən antitürk və antiazərbaycan iddialarından geri çəkilməsi şəraitində Sülh Müqaviləsinin imzalanmasına münasibət də hər bir insanımızın, Ordumuzun və dövlətimizin birgə cavabından asılı olacaq!”