04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Millət vəkili daha bir şəhidin ailəsi ilə görüşdü

01.02.2021

 Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi, Lənkəran şəhər Mədəniyyət Mərkəzində kurs rəhbəri olmuş Tural Rövşən oğlu Hümmətovun bacısı Gülüş Allahverdiyeva ilə görüşüb.

DM xəbər verir ki, millət vəkili şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Millət vəkili Mədəniyyət Komitəsi adından şəhid mədəniyyət işçisinin anası Cəmilə xanım Hümmətovaya ünvanlanmış məktubu şəhidin bacısı G.Allahverdiyevaya təqdim edib.

Qeyd edək ki, Tural Hümmətov Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhidimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.