04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskinin Baydenə ÇAĞIRIŞI

01.02.2021

Cozef Baydenin dövründə Ukrayna-ABŞ münasibətlərinin yeni mərhələyə daxil olacağına ümid edirəm.

DM xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mən istərdim ki, biz yeni mərhələyə daxil olaq. Prezident Bayden deyirdi ki, o, Avropanın təhlükəsizliyi üçün çalışacaq. Bizim üçün bu vacibdir, çünki Avropanın təhlükəsizliyi bizimlə bağlıdır. Ukraynanın şərqində müharibə, Krımın Rusiya tərəfindən anneksiyası davam edir. Ona görə də istərdim ki, Ukrayna ilə yaxşı tanış olan ABŞ, xüsusilə, Prezident Bayden bizə bu faciəvi situasiyadan çıxmağa kömək etsin. Mənim çox sadə sualım var: Cənab Prezident, niyə biz hələ də NATO-da deyilik?

Əgər Ukrayna NATO-da olsaydı, ölkənin şərqində eskalasiya olmazdı. İndi biz Avropanı müdafiə edirik. Biz Avropaya köməyinə görə, sanksiyalara görə minnətdarıq. Biz ABŞ-a minnətdarıq. Sanksiyalar vacibdir, amma sanksiyalarla siz insan həyatını geri qaytara bilməzsiniz”, – deyə o bildirib.