29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu məktəbdə zəng Xudayarın ifasıyla əvəzləndi

01.02.2021

Bakıda 279 nömrəli tam orta məktəbin zəngi dəyişdirilib. Bu gündən etibarən məktəbdə ənənəvi zəng əvəzinə şəhid Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır” mahnısı səsləndiriləcək.

Bu barədə məktəbin direktoru Südabə Abdullayeva məlumat verib. O qeyd edib ki, bu təşəbbüsün həyata keçirilməsində məqsəd məktəblilərə Vətən müharibəsindəki zəfərimizi daha dərindən hiss etdirmək və onlarda vətənpərvərlik duyğularının inkişaf etdirilməsidir.

"Hər gün səhər məktəbimizdə dərslər başlayanda bir dəqiqə müddətində şəhidimiz Xudayar Yusifzadənin ifa etdiyi "Vətən yaxşıdır” mahnısı səsləndiriləcək. Onun ardınca təxminən 20 saniyə karantin qaydaları ilə bağlı məlumat verilir və himnimiz oxunur. Həmçinin hər dəfə dərs başlayanda və bitəndə zəng əvəzinə şəhidimizin oxuduğu mahnı səslənir. İstəyirik ki, şagirdlərimiz zəfər günlərini daha yaxşı hiss eləsinlər”.

S.Abdullayeva əlavə edib ki, artıq bu yenilik məktəbin həm müəllim kollektivi, həm də şagirdlər arasında böyük rəğbətlə qarşılanıb.