29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çindən Azərbaycana qatar yola düşüb

01.02.2021

 Çin-Azərbaycan istiqamətində 2021-ci ilin ilk konteyner blok qatarı Çindən yola düşüb.

"ADY Konteyner”dən verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qlobal təchizat zəncirində yaranmış çətinliklərə, o cümlədən konteyner çatışmazlığına baxmayaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan "ADY Konteyner” MMC Çinin Çinqdao şəhərindən Bakı istiqamətində 50 konteynerdən ibarət blok qatarın yola salınmasına müvəffəq olub.

40 futluq  konteynerlər Qazaxıstanın Aktau limanından Bakı limanına çatdırılacaq. Daha sonra  konteynerlərdən  15-i Tbilisiyə göndəriləcək. 

Layihə  Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri olan "KTZ Express”, "ADY Konteyner” MMC  və "GR Logistics and Terminals”ın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

2021-ci ilin sonunadək "ADY Konteyner” MMC tərəfindən Çin-Azərbaycan istiqamətində 50-dək konteyner blok qatarının nəql olunması planlaşdırılır.