29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna dənizçiləri girovluqdan azad edilib

31.01.2021

Ötən ilin dekabr ayında Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən "Stevia” yük gəmisindəki Ukrayna vətəndaşları sərbəst buraxılıb.

DM TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu gün altı ukraynalı dənizçi sərbəst buraxıldı. "Stevia” gəmisinin ekipaj üzvləri ay yarım Nigeriyada piratların girovluğunda idilər”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, ötən il dekabrın 16-da Kamerun bayrağı altında üzən "Stevia” yük gəmisi Nigeriya sahillərində dəniz quldurları tərəfindən ələ keçirilmişdi.