29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oğurlanan rus kompleksi ABŞ-a APARILIR

30.01.2021

Liviyada ABŞ qüvvələri tərəfindən ələ keçirilən Rusiya istehsalı "Pantsir S1” zenit raket kompleksi ABŞ-ın Ohayo ştatına aparılacaq.

Bu məlumatı "Popular Mechanics” portalı yayıb.

Məlumata görə, məhz bu ştatda xarici hərbi texnikanın tədqiqatı üzrə ixtisaslaşan ABŞ Hərbi Kosmik Kəşfiyyatının Milli Mərkəzi yerləşir.

Portal "Pantsir” kompleksinin demontaj ediləcəyini və fəaliyyət prinsiplərinin tədqiqi üçün yenidən quraşdırılacağını bildirib.

Qeyd edək ki, Liviyadan oğurlanan kompleks ABŞ-ın Almaniyadakı Ramştayn bazasında saxlanılır.