29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novruz Aslanovun şəhid və qazi ailələri ilə görüşü davam edir

30.01.2021

 Dekabrın 6-da millət vəkili növbəti dəfə İsmayıllı rayonuna səfər edərək, öncə İsmayıllı şəhərində yaşayan şəhid Şıxıyev Vüqar Xalid oğlunun  və şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlunun ailələrinə baş çəkmiş, ailə üzvləri ilə səmimi söhbət etmiş və onlara baş sağlığı vermişdir. Daha sonra İsmayıllı şəhərində yaşayan Vətən Müharibəsi qazisi Novruzov Vüqar Əliağa oğlu ilə görüşmüş, ona döyüşlərdə göstərdiyi igidliyə görə təşəkkür etmiş və qazandığı medallar münasibəti ilə təbrik edib.

DM xəbər verir ki,  Novruz Aslanov İsmayıllı şəhəri ilə yanaşı bir neçə kəndə də şəhid ailələri və qazilər ilə görüşüb.

Belə ki, Qurbanəfəndi kəndində yaşayan Mürsəliyev Sübhi Balamirzə oğlunun ailəsində olmuş, şəhid Sübhinin və atası Balamirzə kişinin dünyalarını dəyişməsi ilə bağlı ailə üzvlərinə baş sağlığı verib. Daha sonra Sumağalı kəndində yaşayan  Qəhrəmanlı Təvəkkül Hafiz oğlunu və Məmmədzadə Zöhrab Rövşən oğlunun ailəsi ilə görüb. Xanagah kəndində yaşayan şəhid Babayev Kamal Eynulla oğlunun ailəsi millət vəkilinin gəlişindən məmnun olduqlarını bildirmiş və bu diqqətə görə ona təşəkkür ediblər. Novruz Aslanov ailənin qaldırdığı problemlerin həlli ilə bağlı çalışacağını bildirmişdir. Talıstan kəndində yaşayan Vətən Müharibəsi qaziləri Bədəlov Cavidan Zaur oğlunun və Rəşidli Elməddin Şakir oğlunun ailəsi ilə də görüşən deputat onların problemləri ilə maraqlanmış və lazımi köməkliyin ediləcəyini vurğulayib.

Həmin kənddə yaşayan şəhid Hüseynzadə Səməd Səttar oğlunun ailəsinə də baş çəkən millət vəkili onlara baş sağlığı verib.

Ziyarət edilmiş hər ailəyə ərzaq, məişət ləvazimatları və geyim çeşidləri ilə yardım edilmişdir. Şəhid ailələri və qazilər millət vəkilinin ziyarətini yüksək qiymətləndirmiş və ona təşəkkür ediblər.
Məlumat üçün bildirək ki, millət vəkili bundan öncə dekabrın 3-də rayon mərkəzində 8 şəhid ailəsini ziyarət edib, problemləri ilə maraqlanmış və onlara zəruri yardımlar edilib.

Bundan sonra da Novruz Aslanovun şəhid ailələri və qazilər ilə görüşü davam edəcək.