29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AMB Şuşada nümayəndəlik açacaq

29.01.2021

 "Qarabağla bağlı bizim çox geniş proqramımız var. Orada biz maliyyə-bank infrastrukturunu formalaşdırmaq istəyirik”.

DM xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum işğaldan azad edilmiş ərazilərdə iki nümayəndəlik açacaq.

"Artıq bank sektoru ilə geniş müzakirələrimiz var. Onlar buna müsbət yanaşırlar. AMB-nin orada iki böyük ərazi idarəsi olacaq. Arzu edirik ki, onlardan biri Şuşada olsun", - deyə E.Rüstəmov qeyd edib.