29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa və Hadrutun topoqrafik xəritələri hazırlanır

29.01.2021

 "Azərbaycan ekologiya sahəsində 20-yə yaxın beynəlxalq komissiyanın üzvüdür. Azərbaycanın meşə sərvətlərinin 34 faizi işğaldan azad olunmuş ərazilərdə olub”.

DM xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.


Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi üçün səyyari laboratoriyalar quraşdırılıb:

"Həmin laboratoriyalar ən müasir avadanlıqlarla təmin edilib. Artıq Şuşa və Hadrut qəsəbəsində topoqrafik xəritələrin hazırlanmasına başlanılıb".