09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə qanlı gecədən 2 İL KEÇİR

15.07.2018

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi gecədən 2 il ötür.
"Dövran Media" xəbər verir ki, həmin gecədə inqilabçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.
F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.
Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələr axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı.
İnqilabçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş etməsi nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 inqilabçı ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi.