04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə XİN başçısının AÇIQLAMASI

29.01.2021

 "Cənubi Qafqazda sülh və sabitlik hər kəsin faydasınadır”.

DM-in xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə birgə keçirdiyi mətbuat konfransında deyib.  

O bildirib ki, Cənubi Qafqazda atəşkəs əldə edilib.

"Hamımız bu atəşkəsin davamlı olmasını istəyirik. Sadəcə istəmək kifayət etmir, töhfə vermək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin təklifi və Rusiya və Türkiyə prezidentlərinin dəstəyi ilə "3+3” formatında Cənubi Qafqazla bağlı əməkdaşlıq planlaşdırılır. Cavad Zərif Türkiyədən əvvəl Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfər edərək bu məsələ ilə bağlı fikir mübadiləsi aparıb”, - deyə XİN başçısı vurğulayıb.