04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada ali məktəblər açılır

29.01.2021

Fevralın 8-dən başlayaraq Rusiyada universitetlərdə əyani təhsil bərpa olunacaq.

DM xəbər verir ki, ölkənin elm və ali təhsil naziri Valeri Falkov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, ali məktəblərə epidemioloji durumun ağırlaşacağı təqdirdə yenidən məhdudlaşdırıcı tədbirlər görməyə hazır olmaq tapşırılıb.

Qeyd edək ki, bundan öncə paytaxt Moskvadakı bir neçə universitet 8 fevraldan etibarən əyani təhsilə qayıtmağa hazır olduqlarını açıqlamışdı. Moskva Dövlət Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bununla bağlı qərar qəbul edib. Eyni zamanda Ali İqtisadiyyat Məktəbi martın 29-dan başlayaraq hibrid formatda onlayın dərslərə qayıdılacağını elan etmişdi.