04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Nizami” baleti səhnəyə qoyulacaq

29.01.2021

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı "Nizami ili” çərçivəsində Fikrət Əmirovun "Nizami” baletini səhnəyə qoyacaq.

Teatrdan verilən məlumata görə, layihənin rəhbəri Əməkdar incəsənət xadimi Akif Məlikov, musiqi rəhbəri və dirijoru Əməkdar artisti Əyyub Quliyev, libretto müəllifi Əjdər Ulduz, quruluşçu baletmeysteri Xalq artisti Kamilla Hüseynova, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət işçisi Tehran Babayevdir.

Balet Azərbaycan və dünya poeziyasına dəyərli incilər bəxş etmiş şair və mütəfəkkirin həyat və yaradıcılığına həsr edilmişdir.