09 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

14.07.2018

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bazar günü çimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək vəə külək arabir güclənəcək.
Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.