05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNEC tələbələri beynəlxalq uğuru

28.01.2021

  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) tələbələrinin təmsil olunduğu komanda CFA Inistitute Research Challenge yarışmasının lokal final mərhələsində iştirak haqqı qazanıblar.

DM xəbər verir ki, CFA İstanbul Society tərəfindən təşkil olunan yarışa Türkiyə və Azərbaycandan ümumilikdə 19 universitetdən 23 komanda qatılıb. Yarışın şərtlərinə əsasən, komandalar təşkilatçılar tərəfindən təqdim olunan şirkət haqqında müxtəlif maliyyə, biznes modeli, sənaye analizləri, qiymətləndirmə metodları tətbiq edərək araşdırma hesabatı yazıblar. Maraqlı və gərgin keçən yarışda Nigar Vəliyeva, Nicat Həşimov, Anar Sultanzadə, Nicat Alışov və Rəşad Mustafasoyun təmsil olunduğu UNEC komandası ilk 5-liyə çıxaraq, lokal final mərhələsinə vəsiqə qazanıb.


Finalda UNEC komandası Türkiyənin aparıcı ali təhsil müəssisələri olan Koç Universiteti, Galatasaray Universiteti, İstanbul Bilgi Universiteti və Yıldız Teknik Universitinin komandaları ilə yarışacaq.

Komanda 26 fevral 2021-ci ildə keçiriləcək finalda qalib olsa, növbəti - Avropa, Yaxın Şərq və Afrika (EMEA) üzrə final mərhələsinə çıxacaq.