05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Media rəhbərləri YAŞAT-a görə bir araya gəldi

28.01.2021

 YAŞAT Fondunun fəaliyyəti ilə bağlı bir qrup media rəhbərinin Fondun təşkili və vəsaitlərinin idarə olunmasını həyata keçirən ASAN Xidmət-in rəhbəri Ülvi Mehdiyevlə görüşü keçirilib.

DM xəbər verir ki, görüşdə Ülvi Mehdiyev fondun gördüyü işlərlə bağlı media rəhbərlərini məlumatlandırıb, YAŞAT saytının şəffaf, hesabatlı sturukturu nümayiş olunub.

Məlum olub ki, şəhid ailələrinin ehtiyacları ilə bağlı detallı məlumatlar qısa bir zamanda müddətdə toplanıb, təhlil edilib, informasiyalara əsaslanan yol xəritəsi çıxarılıb. Diqqət çəkən bir məqam bu idi ki, hesabatlılıq bütün dövlət qurumlarını əhatə edir, şəhid ailələri və əlillər, müharibə iştirakçıları ilə bağlı bütün istiqamətlərdə görülən işlər mərkəzləşmiş məlumat sistemində birləşdirilir.