28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan Şuşayla bağlı sualı cavabsız qoydu

28.01.2021

 Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Yerablur hərbi panteonunu ziyarət edib.

O, burada Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən məhv edilən erməniləri yad edib. Bu zaman jurnalistlərdən biri ondan Şuşanın Azərbaycan şəhəri hesab edib-etmədiyini soruşub.

N.Paşinyan isə sualı cavabsız qoyaraq daha sonra xatırladılmasını istəyib. Hökumət başçısı jurnalistə əgər sualı yazılı şəkildə təqdim edərsə, canlı olaraq cavablandıracağına dair söz verib.

Bununla yanaşı, N.Paşinyan jurnalistin məhbuslarla bağlı sualını da cavabsız qoyub.