28 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koçaryan Paşinyana qarşı olacaq

28.01.2021

 Ermənistanın keçmiş prezidenti Robert Koçaryan gələcək seçkilərdə iştirak edəcəyini açıqlayıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Koçaryan üç mətbuat orqanına birgə müsahibə verib. Müsahibə zamanı sabiq Ermənistan prezidenti gələcək seçkilərə qatılacağını bildirib.

"Paşinyana qarşı seçkilərdə iştirak edəcəyəm", - deyə R.Koçaryan bəyan edib. O həmçinin Nikol Paşinyan hakimiyyətini sərt tənqid edib.

Qeyd edək ki, Ermənistan birləşmiş müxalifətinin vahid namizədi Vazgen Manukyan isə Paşinyanın keçirəcəyi hər hansı seçkilərdə iştirak etməyəcəklərini söyləmişdi. Yalnız Nikol Paşinyanın baş nazir vəzifəsindən istefa verməsindən sonra seçkilərin keçirilməsini istəyib.