25 08 2025-cu il Bakı 28 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Kafe-restoranlar həftəsonları işləyəcəkmi?

28.01.2021

 "Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

DM xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.