09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bu gün TBMM-də Qarabağdan danışılacaq

28.01.2021

 Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

DM "TRT Haber”ə istinadən xəbər verir ki, bu il ilk dəfə keçirilən toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.

İclasda Qarabağda atəşkəsə nəzarət edəcək və Ağdamda yerləşəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin formalaşdırılması və gələcək fəaliyyəti məsələsi də müzakirə olunacaq.

Bundan başqa, toplantının gündəliyinə PKK terrorçularının İraqdakı fəaliyyəti və buna qarşı atılacaq addımlar, Suriya və Liviyadakı son durum, Türkiyə və Yunanıstan rəsmiləri arasındakı görüşlər, həmçinin Türkiyə-Avropa İttifaqı münasibətləri mövzuları salınıb.

Qeyd edək ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində həm Rusiya, həm də Türkiyədən 60 hərbçi təmsil olunacaq. Onlar pilotsuz uçuş aparatı vasitəsilə atəşkəsə nəzarət edəcəklər.