06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol hakimiyyətin ömrünü bu cür uzadır

27.01.2021

Mənim Addım Bloku parlamentin buraxılması ilə bağlı qanun layihəsi irəli sürməklə hakimiyyətdə qalma müddətini uzatmaq istəyir.

DM xəbər verir ki, bu iddia ilə "Joxovurd” qəzeti çıxış edib.

"Dünən Mənim Addımım Bloku bağlı qapılar arxasında parlamentin özünü buraxmasıyla bağlı Konstitusiya düzəlişi məsələsini müzakirə edib. Hakim blok istəyir ki, parlament buraxılsın, Nikol Paşinyan isə baş nazir kimi səlahiyyətlərini saxlasın. Bu niyyət Paşinyanın baş nazir kimi qalması və növbədənkənar parlament seçkisinin keçirilməsi ehtiyacından yaranıb. Parlamentdə konstitusion dəyişikliklər üçün 88 səsin toplanması vacibdir. Mənim Addımım Bloku əvvəl 88 deputatdan ibarət olsa da, müharibədən sonra bloku beş deputat tərk edib. Ona görə də parlamentdə Konstitusiya düzəlişini yalnız hakimiyyətin təşəbbüsü ilə gerçəkləşdirmək mümkünsüzdür, parlamentdəki müxalifət isə bu təşəbbüsə qoşulmayacaq, çünki Paşinyanın istefasını tələb edir. Əsas məsələ ictimaiyyətin və siyasi qüvvələrin diqqətini özünün layihəsi ilə yayındırıb, hazırkı hakimiyyətin fəaliyyətinin uzadılması ilə bağlı yeni ideyaların yaranması üçün zaman udmaqdır”, – məqalədə bildirilib.