02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Senatorun kuklası da hərraca çıxarıldı

27.01.2021

Texas sakini Tobi Kinq ABŞ-ın Vermont senatoru Berni Sandersin kuklasını toxuyub.

DM xəbər verir ki, senatorun Co Baydenin andiçmə mərasiminə təşrif buyurduğu geyimlərində təsvir olunan əl işi "eBay"-da hərraca çıxarılıb və qısa zaman ərzində 5 dollar 50 sentdən 17 min dollar məbləğinə qədər yüksəlib.

Akril və pambıq ipindən hazırlanan kuklanın hündürlüyü 22 santimetrdir.

Tobi Kinq əl işindən qazanılan pulu ehtiyacı olanlara yemək paylayan "Meals on Wheels" xeyriyyə təşkilatına bağışlayacağını bildirib.

Qeyd edək ki, Berni Sandersin son zamanlar dünya gündəmində olmasına səbəb onun ABŞ prezidenti Co Baydenin andiçmə mərasimində geyindiyi əlcəklər olub. İki gün əvvəl senator özü də sözügedən əlcəkləri xeyirxah iş üçün hərraca çıxarıb.