29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək

26.01.2021

 Bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

DM xəbər verir ki, iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib.

Qeyd olunub ki, qarşıdakı sessiyada komitədə "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib sənədlər üzərində iş davam etdiriləcək.

Qənirə Paşayeva bildirib ki, yaz sessiyasında komitədə görüləsi işlər xüsusilə çoxdur. Belə ki, işğaldan azad edilən Şuşa şəhərinin Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilməsi, Şuşada cari ilin may-iyun aylarında "Xarı bülbül” Muğam Festivalının və payız aylarında Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsinin planlaşdırılması və 2021-ci ilin "Nizami ili” elan edilməsi ilə bağlı mühüm layihələr hazırlanır. Komitə sədri bu layihələrin icrası ilə bağlı Mədəniyyət komitəsinin üzərinə düşən vəzifələrdən söhbət açıb.